İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Everton”la “Vest Hem” qarşılaşıb.
İdman.biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 14-cü dəqiqədə “Everton”un hücumçusu Moyze Kin açıb.
“Vest Hem”" 65-ci dəqiqədə Carrod Bouenin qolu ilə hesabı bərabərləşdirib.
Bu oyundan sonra “Everton” 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Vest Hem” 4 xalla 19-cu pillədə qərarlaşıb.