“Loryan” “Monako”ya qalib gələrək autsayderlər qrupundan çıxıb

Xəbərlər
28 Sentyabr 2025 00:47
29
“Loryan” “Monako”ya qalib gələrək autsayderlər qrupundan çıxıb

Fransa Liqa 1-də altıncı turun oyunları çərçivəsində “Loryan” “Monako”nu qəbul edib.

İdman.biz xəbər verir ki, 38-ci dəqiqədə qonaqların müdafiəçisi Tilo Kerer ikinci sarı vərəqə alaraq meydandan qovulub.

İlk hissənin sonlarında, 40-cı dəqiqədə "Loryan"in hücumçusu Məhəmməd Bamba hesabı açıb. Meydan sahiblərinin yarımmüdafiəçisi Pablo Paji 76-cı dəqiqədə ilk qolunu vurub, 82-ci dəqiqədə isə ikinci qola imza atıb.

Qonaqların cinah oyunçusu Ansu Fati 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək yekun hesabı 3-1 edib.

"Monako"nun 6 oyundan sonra 12 xalı var. Komanda Liqa 1-də üçüncüdür. “Loryan” yeddi xalla doqquzuncudur.

İdman.biz