Azərbaycanın fiqurlu konkisürənləri - Samanta Ritter və Daniyel Brikalov Böyük Britaniyanın Şeffild şəhərində keçirilən Avropa çempionatında ritm-ritm rəqsində çıxış ediblər.
İdman.Biz-in məlumatına görə, çıxışın nəticəsinə əsasən cütlük 51,29 xalla 26-cı yeri tutub.
İdmançıların texniki elementlərə görə 27,68 balı, proqram komponentlərinə görə isə 23,61 balı var, cərimə yoxdur.
S. Ritter və D.Brikalov sərbəst rəqsdə çıxış etmək hüququ qazanan 20 ən yaxşı cütlük sırasına daxil ola bilməyib və qitə birinciliyində mübarizəni başa vurublar.
Ritm-ritm rəqsdən sonra liderliyi Fransanı təmsil edən Loраns Furnye-Bodri və Giyom Sizeron (Fransa) saxlayır, ikinci yeri Böyük Britaniyanı təmsil edən Layla Fir və Lyuis Gibson, üçüncü yeri isə Şarlən Ginyar və Marko Fabri (İtaliya) tutub.
Daha əvvəl Avropa çempionatında qadınlar arasında fərdi proqramda çıxış edən Nərgiz Süleymanova qısa proqramda 30-cu yerə layiq görülərək final mərhələsinə vəsiqə qazana bilməmişdi. Süleymanova Avropa çempionatında çıxış edən ilk azərbaycanlı qadın fiqurlu konkisürməçi olub.
