Azərbaycanı təmsil edən cütlük beynəlxalq turnirdə üçüncü yeri tutdu - FOTO

Xəbərlər
12 Yanvar 2026 09:42
67
Azərbaycanı təmsil edən cütlük beynəlxalq turnirdə üçüncü yeri tutdu - FOTO

Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə təmsil edən Samanta Ritter və Daniel Brikalov cütlüyü Bolqarıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdmanı Növləri Federasiyası (AQNİF) məlumat yayıb.

Bildirilib ki, idmançılar Sofiya şəhərində təşkil olunan “Sofia Trophy” yarışında uğurla çıxış ediblər.

Qeyd edək ki, turnirin nəticələrinə əsasən, cütlük 11 iştirakçı arasında 171.75 xal toplayaraq üçüncü yerdə qərarlaşıblar.

İdman.Biz