Aleksandr Oveçkin uşaq vaxtı onu qorxudan filmin adını çəkib

Xəbərlər
17 Oktyabr 2025 07:05
76
Aleksandr Oveçkin uşaq vaxtı onu qorxudan filmin adını çəkib

Hellouin bayramı öncəsi “Vashinqton Kepitalz”ın mətbuat xidməti hokkey oyunçuları arasında uşaqlıqda hansı qorxu filminin onları daha çox qorxutduğu barədə sorğu keçirib.

İdman.Biz bildirir ki, “Kepitalz”ın rusiyalı kapitanı Aleksandr Oveçkin “Cümə, 13-ü” filminin adını çəkib.

40 yaşlı Oveçkin mövsüm başlayandan ardıcıl dördüncü oyunda fərqlənə bilməyib. Əvvəlki 20 mövsümündə Oveçkin iki dəfə - 2012/13 və 2023/24 mövsümlərində yeni müntəzəm mövsümün startında dörd oyunda şaybasızlıq seriyası keçirib. Lakin həmin mövsümlərdə o, beşinci oyunda fərqlənib.

“Kepitalz” növbəti oyununu oktyabrın 18-də evdə “Minnesota Vayld” komandasına qarşı keçirəcək.

İdman.Biz