Ömər Cavadov lisenziya turnirində çıxışını başa vurub

Xəbərlər
4 Aprel 2024 09:59
Ömər Cavadov lisenziya turnirində çıxışını başa vurub

Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir.

İdman.biz xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə Azərbaycan millisinin daha bir idmançısı - Ömər Cavadov körpücük üzərinə qalxıb.

O, 73 kq çəki dərəcəsinin C qrupunda yarışıb. Atletimiz toplam 328 kq (153+175) nəticə göstərib. Ömərin yekun sıralamadakı yeri yuxarı qruplardakı çıxışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, aprelin 11-də başa çatacaq yarışda 121 ölkədən 466 (235+231) atlet mübarizə aparır.

İdman.biz