İsa Rüstəmovdan 320 kq-lıq göstərici

Xəbərlər
3 Aprel 2024 10:25
İsa Rüstəmovdan 320 kq-lıq göstərici

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün milli üzvü İsa Rüstəmov körpücük üzərinə qalxıb.

O, 73 kq çəki dərəcəsinin D qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib. İsanın yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa aprelin 11-də yekun vurulacaq.

İdman.biz