Azərbaycan ağırlıqqaldıranı İslamiadada üç medal qazanıb - YENİLƏNİB + FOTO

Xəbərlər
10 Noyabr 2025 18:23
71
Azərbaycan ağırlıqqaldıranı İslamiadada üç medal qazanıb - YENİLƏNİB + FOTO

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma üzrə yarışlarda idmançımız Ravin Alməmmədov (79 kq) birdən qaldırma hərəkətində 155 kq nəticə ilə gümüş medal qazanıb.

Təkanla qaldırma hərəkətində 190 kq Alməmmədov nəticə göstərərək bürünc medala sahib olub.

Beləliklə, ümumi nəticəyə görə idmançımız 345 kq nəticə ilə gümüş medala layiq görülüb.

17:15

Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.

İdman.Biz xəbər verir ki, o, birdən qaldırmada gümüş mükafata sahib çıxıb.

R. Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.

Qeyd edək ki, bu Azərbaycan ağırlıqqaldıranların İslamiadada 7-ci medalıdır.

İdman.Biz