Ağırlıqqaldıranımız Əli Şükürlü Avropa birinciliyində 6-cı yeri tutub

Xəbərlər
4 Noyabr 2025 19:58
40
Ağırlıqqaldıranımız Əli Şükürlü Avropa birinciliyində 6-cı yeri tutub

Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Əli Şükürlü Avropa birinciliyində mübarizə aparıb.

İdman.Biz-in xəbərinə görə, birincilik Albaniyanın Dürres şəhərində keçirilir.

110 kq çəki dərəcəsində yarışan Şükürlü, toplamda 370 kq (170 kq+200 kq) nəticə ilə yarışı 6-cı pillədə başa vurub.

İdman.Biz