Azərbaycanın ev sahibliyi edəcəyi Avropa çempionatının bütün iştirakçıları bəlli olub – “24-lük”

Xəbərlər
11 Avqust 2025 13:55
67
Azərbaycanın ev sahibliyi edəcəyi Avropa çempionatının bütün iştirakçıları bəlli olub – “24-lük”

Qadın voleybolçular arasında Avropa çempionatının bütün iştirakçıları dəqiqləşib.

İdman.biz xəbər verir ki, qrup oyunlarının yekununa əsasən 2026-cı ildə keçiriləcək final mərhələsində mübarizə aparacaq 24 komanda bəlli olub.

Vaxtından əvvəl qrup qalibliyini təmin edən Almaniya, Belçika, Sloveniya, İspaniya və Yunanıstan, həmçinin son turdan öncə iştirakını rəsmiləşdirən Rumıniya və Monteneqroya Xorvatiya da qoşulub. Sonuncular seçmə mərhələni lider kimi bitirib.

7 qrupda 5 ən yaxşı ikinci yerin sahibi – Avstriya, Latviya, Macarıstan və Portuqaliya da AÇ-2026-ya vəsiqə qazanıb. Rumınlar son turda uduzduqlarından “beşliy”i tamamlayıblar.

Beləliklə, Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi edəcəyi yarışda 24 komanda müəyyənləşib.

AÇ-2026
Ev sahibi kimi

Azərbaycan, Türkiyə, Çexiya, İsveç

AÇ-2023-ün nəticəsinə əsasən
Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna, Slovakiya

AÇ-2026-nın seçmə mərhələsi
Qrup qalibi kimi: Almaniya, Belçika, Sloveniya, İspaniya, Yunanıstan, Monteneqro, Xorvatiya
Ən yaxşı qrup ikinciləri kimi: Rumıniya, Avstriya, Latviya, Macarıstan, Portuqaliya

Qeyd edək ki, Avropa çempionatı gələn il avqustun 21-dən sentyabrın 6-dək olacaq.

İdman.biz