Azərbaycan çempionu koreyalı voleybolçu transfer edib

Xəbərlər
10 İyun 2025 19:53
61
Azərbaycan çempionu koreyalı voleybolçu transfer edib

Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” heyətini yeni oyunçu ilə gücləndirib.

İdman.biz Azərtac-aza istinadən xəbər verir ki, “dəmiryolçular” Cənubi Koreyadan olan Sol Koonu transfer edib.

Onunla 1 illik müqavilə imzalanıb.

24 yaşlı voleybolçu son olaraq Fransanın "Entend Sen Şamon" kollektivində oynayıb.

İdman.biz