Azərbaycan yığmasının qələbə həsrəti 10 oyuna çatıb - FOTO/VİDEO

Xəbərlər
10 İyun 2025 21:52
140
Azərbaycan yığmasının qələbə həsrəti 10 oyuna çatıb - FOTO/VİDEO

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünə çıxıb.

İdman.biz xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu komanda Bakıda Macarıstan yığmasını qəbul edib.

Futbolçularımız indiyədək qalib gələ bilmədiyi milli ilə dueldə tilsimi qırmağa çalışıb. Amma nəticə bu dəfə də ürəkaçan olmayıb. Qonaq komanda 2:1 hesabı ilə qələbə qazanıb. Hər 3 qol matçın birinci hissəsində qeydə alınıb. Millimizin heyətində Renat Dadaşov fərqlənib.

Yığmamız son 10 oyunda 8-ci dəfə uduzub. Komandamız yalnız iki dəfə heç-heçəyə nail olub.

Yoldaşlıq görüşü
10 iyun
20:00. Azərbaycan - Macarıstan - 1:2
Qollar:
Renat Dadaşov, 7 - Barnabas Varqa, 5. Dominik Soboşlai, 33
Baş hakim: Viktor Şimusik (Belarus)

Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Emin Mahmudov (k), Anatoli Nuriyev, Mahir Emreli, Renat Dadaşov

Macarıstan: Balaş Tot, Vili Orban, Loik Neqo, Marton Dardai, Andras Şafer, Bendequz Bolla, Zolt Nagi, Aleks Tot, Roland Şallai, Dominik Soboşlai (k), Barnabas Varqa
Liv Bona Dea Arena

Qeyd edək ki, Azərbaycan millisi 3 gün öncə Latviya ilə yoldaşlıq matçından qolsuz heç-heçə ilə ayrılıb.

İdman.biz