Abduləzimovanın əlamətdar nailiyyəti: bir mövsümlük fasilə ilə altı il eyni klubda

Xəbərlər
13 May 2025 16:34
48
Abduləzimovanın əlamətdar nailiyyəti: bir mövsümlük fasilə ilə altı il eyni klubda

Macarıstan karyerasını başa vuran voleybolçu Ayşən Abduləzimova maraqlı nailiyyətə imza atıb.

İdman.biz xəbər verir ki, söhbət bir azərbaycanlı idmançının bir xarici klubda oynama müddətindən gedir.

Abduləzimova 2018-ci ildə qoşulduğu Macarıstan "Vaşas"ında ümumilikdə 6 il çıxış edib. Əvvəlcə orada iki mövsüm keçirdikdən sonra blokçu COVID pandemiyası zamanı Türkiyənin "Sarıyer Belediyesi"ndə çıxış edib, daha sonra 2021-ci ildə Macarıstan çempionatına qayıdıb. Bu müddət ərzində Abduləzimova klubun kapitanı və ümumilikdə 5 dəfə Macarıstan çempionatının qalibi olub.

Qeyd edək ki, cari mövsüm bitincə voleybolçumuz "Vaşaş"dan ayrılmaq qərarına gəlib.

İdman.biz