Azərbaycanlı hakim finalda

Xəbərlər
16 İyun 2024 15:21
321
Azərbaycanlı hakim finalda

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, qadınlar arasında oturaq voleybol üzrə WPV (Dünya Para Voleybol) Super 6 oyunlarında iş başında olacaq.

Zülfüqarov iyunun 8-də Fransanın Nansi şəhərində start götürən turnirin əvvəlki oyunlarında hakimlik edib. Bu gün isə yarışın final qarşılaşması keçiriləcək. Həmyerlimiz ABŞ və Çin yığmaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq. Görüşün birinci hakimi sloveniyalı Ema Vrataricdir.

İdman.biz