Azərbaycan klubunda türkiyəli baş məşqçi

Xəbərlər
12 Sentyabr 2025 12:19
55
Azərbaycan klubunda türkiyəli baş məşqçi

Qadın voleybolçulardan ibarət “Abşeron” komandasının yeni baş məşqçisi məlum olub.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib.

Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.

Qeyd edək ki, Korkmaz son olaraq ölkəsində “Nilüfer Belediyespor”da işləyib.

İdman.biz