Federasiya prezidenti yığmanın məşqində - FOTO

Xəbərlər
31 May 2024 00:54
273
Federasiya prezidenti yığmanın məşqində - FOTO

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət yığmamızın məşqində olub.

İdman.biz xəbər verir ki, qurum rəhbəri GİN-in Voleybol Mərkəzində təşkil olunan məşqdən əvvəl komandamızın üzvləri və məşqçilər heyəti ilə görüşüb.

Bağırov bu gün Bakıda start götürəcək 3-cü mərhələdə millimizin daha uğurlu çıxış edəcəyinə, Estoniya və Avstriya yığmalarına qalib gələcəklərinə əminliyini ifadə edib. Voleybolçularımız da doğma meydanda hər iki qarşılaşmada qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

İdman.biz