Zaur Hacıyev millimizin rəqiblərinin oyununa təyinat alıb

Xəbərlər
24 İyun 2025 10:11
39
Zaur Hacıyev millimizin rəqiblərinin oyununa təyinat alıb

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Zaur Hacıyev kişi voleybolçular arasında Avropa Gümüş Liqasına təyinat alıb.

İdman.biz xəbər verir ki, həmyerlimiz 2 qarşılaşmada iş başında olacaq.

O, Avstriyanın Amstetten şəhərində baş tutacaq III mərhələnin 5-ci oyununda Lüksemburq – Gürcüstan matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Hacıyev Avropa Gümüş Liqasında əsas mərhələnin sonuncu – Gürcüstan – Farer adaları görüşündə isə əsas referi olacaq.

Görüşlər müvafiq olaraq, iyunun 27-də və 29-da baş tutacaq.

Qeyd edək ki, Avropa Gümüş Liqasında Azərbaycan millisi oyunlarını başa vurub. Komandamız 6 oyundan 6 xal toplayıb. Yığmamızın yarışda tutacağı yer III mərhələnin yekununa əsasən dəqiqləşəcək.

İdman.biz