Avropa çempionatında 1/8 final mərhələsinə yüksələn qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Türkiyəyə yollanıb.
İdman.Biz xəbər verir ki, yığmamız 1/8 finalda turnirin ev sahibi Türkiyə millisi ilə qarşılaşacaq.
Görüş sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma qrup mərhələsini 8 xalla üçüncü pillədə başa vurub və pley-offa yüksəlib.
