Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

10 Avqust 2026 13:23
141
Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın qadın və kişilərdən ibarət çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

Turnirdə Azərbaycan baş məşqçi Atvars Vildenin rəhbərliyi altında qadın (Səbinə Əlizadə / Leyla Əliyeva) və kişi (İbrahim Məmmədov/Muhəmməd Aslanlı) komandası ilə təmsil olunacaq.

İdman.Biz