Qadın voleybolçular arasında Yüksək Liqada 18-ci turun son oyunu baş tutacaq

19 Mart 2026 11:07
98
Qadın voleybolçular arasında Yüksək Liqada 18-ci turun son oyunu baş tutacaq

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 18-ci turunun son oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, turun yekun qarşılaşmasında Abşeron səfərdə Gəncə ilə üz-üzə gələcək.

Görüş Gəncə İdman Sarayında keçiriləcək və saat 14:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Azərreyl” “Gənclər”i 3:0, “DH Volley” “Milli Aviasiya Akademiyası”nı 3:2, “Turan” “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub edib.

İdman.Biz