Gələn il keçiriləcək Avropa çempionatında Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.
İdman.Biz bildirir ki, ölkəmizin ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamızın rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları olacaq. Millimiznilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveçin (Qöteborq) ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Bakıdakı qarşılaşmalar 21–28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
AVRO-2026-nın C qrupunun oyunlarının təqvimi:
21 avqust
19:00 Azərbaycan – Portuqaliya
22 avqust
15:30 Belçika – İspaniya
18:30 Rumıniya – Niderland
23 avqust
15:30 Portuqaliya – Belçika
18:30 İspaniya – Azərbaycan
24 avqust
15:30 Niderland – Portuqaliya
18:30 Azərbaycan – Rumıniya
25 avqust
15:30 Rumıniya – Belçika
18:30 Niderland – İspaniya
26 avqust
15:30 İspaniya – Portuqaliya
18:30 Belçika – Azərbaycan
27 avqust
15:30 Niderland – Belçika
18:30 Portuqaliya – Rumıniya
28 avqust
15:30 İspaniya – Rumıniya
18:30 Azərbaycan – Niderland
