Yüksək Liqa: “Murov Az Terminal” ikinci qələbəsini qazanıb - FOTO

Xəbərlər
24 Oktyabr 2025 19:20
48
Yüksək Liqa: “Murov Az Terminal” ikinci qələbəsini qazanıb - FOTO

Bu gün kişi voleybolçuların Yüksək Liqasında II turun növbəti oyunu keçirilib.

İdman.Biz bildirir ki, FHN-nin idman zalında təşkil olunan qarşılaşmada “Neftçi” komandası “Murov Az Terminal” klubu ilə üz-üzə gəlib.

Gərgin keçən oyunda 3:2 (22:25, 25:17, 17:25, 25:18, 15:11) hesabı ilə qalib gələn “Murov Az Terminal” çempionatda ikinci qələbəsini qazanıb.

İdman.Biz