Bu gün Yüksək Liqada II turun oyunları keçiriləcək

Xəbərlər
21 Oktyabr 2025 10:12
35
Bu gün Yüksək Liqada II turun oyunları keçiriləcək

Qadın və kişi voleybolçuların Yüksək Liqasında II turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, qadın voleybolçulardan ibarət komandalardan “Murov Az Terminal” “Gəncə”ni qəbul edəcək.

Qarşılaşma “Murov Az Terminal” klubunun idman zalında baş tutacaq.

Kişi voleybolçular arasında yarışda isə “Ordu” klubu “Xilasedici” ilə üz-üzə gələcək. Bu görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Hər iki matç saat 16:00-da start götürəcək.

İdman.Biz