Tanınmış tennisçi Darya Kasatkina rəsmi olaraq Avstraliya vətəndaşlığını təsdiqləyən sertifikat alıb.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.
“Rəsmi olaraq avstraliyalıyam. Xoşbəxtəm, minnətdaram və azadam”, - deyə Kasatkina sosial şəbəkə hesablarında yazıb.

Qeyd edək ki, D. Kasatkina bundan əvvəl Rusiyanı təmsil edirdi.
