Taekvondo millimiz Polşada 3 medal qazandı - FOTO

Xəbərlər
22 Sentyabr 2025 11:19
69
Taekvondo millimiz Polşada 3 medal qazandı - FOTO

Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız 20-21 sentyabr tarixlərində Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edib və 1 qızıl, 2 bürünc medal qazanıb.

Bu barədə İdman.biz-ə Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Komandamızın üzvü Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin digər üzvləri Qaşim Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medallara sahib olublar.

İdman.biz