Dünya Taekvondosunun rəhbəri Çunqvon Çou Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə doqquzuncu dan qara kəmər təqdim edib.
İdman.biz xəbər verir ki, kəməri aldıqdan sonra Tokayev bir zərbə ilə taxta lövhəni sındırıb.
Qazaxıstan Prezidentinin Mətbuat Xidmətinin məlumatında bildirilir: “Prezident məşq lövhəsinin üzərinə imzasını qoyub, daha sonra Çunqvon Çounun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq, lövhəni sındırıb".
Doqquzuncu dan qara kəmər taekvondoda ən yüksək rütbə hesab olunur.
Tokayev və Çou arasında görüş Astanada G1 kateqoriyalı "Kazakhstan Open 2025" beynəlxalq turnirinin startı ərəfəsində baş tutub.
İdman.biz