Aprelin 30-da İordaniyanın Amman şəhərində Dünya Taekvondosu və Taekvondo Humanitar Fondu tərəfindən qaçqın idmançılar üçün təşkil olunan 3-cü “Ümid və Arzular” İdman Festivalının açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edib.
O, Dünya Taekvondosunun və Taekvondo Humanitar Fondunun prezidenti Çunqvon Çonun dəvəti ilə mərasimə qatılıb.
Bir sıra dünya idman rəsmilərinin qatıldığı festivalda müxtəlif idman növləri üzrə maraqlı çıxışlar nümayiş olunub.
İdman.biz