Gənc taekvondoçularımız qitə birinciliyində daha iki medal qazanıblar

Xəbərlər
22 Noyabr 2025 00:44
62
Gənc taekvondoçularımız qitə birinciliyində daha iki medal qazanıblar

İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən qitə birinciliyinin üçüncü günündə milli komandamızın üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb.

İdman.Biz bildirir ki, digər təmsilçimiz Vasif Səlimov (68 kq) isə gümüş medal əldə edib.

Bununla da taekvondoçularımızın Avropa birinciliyində qazandığı ümumi medal sayı 5-ə (2 qızıl, 1 gümüş, 2 bürünc) çatıb.

Azərbaycan komandası ümumi hesabında oğıanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb. Yarışda çempion adını qazanan milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) yarışın ən yaxşı idmançısı, beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva yarışın ən yaxşı qadın hakimi seçilib.

İdman.Biz