Universiada: Stolüstü tennisçilərimizdən 4-cü məğlubiyyət - YENİLƏNİB

Xəbərlər
19 İyul 2025 17:48
63
Universiada: Stolüstü tennisçilərimizdən 4-cü məğlubiyyət - YENİLƏNİB

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında stolüstü tennis yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq cütlükdə Azərbaycan təmsilçisi Zemfira Mikaylova kanadalı idmançı ilə qarşılaşıb.

O, İvi Liaoya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, daha sonra Nihad Səmədzadə və Tural Mirzəyevin görüşləri keçiriləcək.

****

16:56

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Universiadasında stolüstü tennis yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq cütlükdə Azərbaycan tennisçiləri Nihad Səmədzadə və Səbinə Məmmədova kanadalılar T. Yunq və Xi Liuya 1:3 hesabı ilə uduzublar.

Fərdi yarışda Nigar Mahmudova hindistanlı Suxana Sainiyə (0:3), Səbinə Məmmədova isə Niderland idmançısı Şuohan Menə (0:3) məğlub olublar.

Qeyd edək ki, daha sonra Nihad Səmədzadə, Tural Mirzəyev və Zemfira Mikayılova görüşlərini keçirəcəklər.

İdman.biz