Stolüstü tennisçilər Şəbnəm Mansurova ilə Uğur Nəzərli Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcəklər.
İdman.biz xəbər verir ki, seçmə komandanın üzvləri bu gün yarışın təşkil olunacağı Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüblər.
Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının stolüstü tennis yarışları iyulun 22-26-da Skopyedə keçiriləcək. Azərbaycan bu yarışda ümumilikdə 10 növ üzrə 52 idmançı ilə təmsil olunacaq.
İdman.biz