Azərbaycan çempionatına start verilib - FOTO

Xəbərlər
14 May 2025 15:04
48
Azərbaycan çempionatına start verilib - FOTO

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda paytaxt idmançıları ilə yanaşı, digər şəhər və rayonların stolüstü tennisçiləri 4 gün ərzində qüvvələrini sınayırlar.

AGİN və ASTF-nin birgə təşkil etdiyi budəfəki çempionatda da komanda, şəxsi, qoşa və qarışıq qoşa mübarizədə qalib və mükafatçılar müəyyənləşəcək. Nəticələrə əsasən, seçmə komandanın heyətinə cəlb olunacaq idmançılar beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatına mayın 17-də yekun vurulacaq.

İdman.biz