Azərbaycan stolüstü tennisçisi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
İstedadlı idmançı milli komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.
Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.
Qeyd edək ki, “ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.
