Azərbaycanın stolüstü tennisçiləri, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarına uğurla başlayıblar.
İdman.Biz Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, komanda yarışlarının ilk günündə Uqanda idmançıları ilə qarşılaşan qızlardan ibarət milli etimadı layiqincə doğruldub.
Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət trio rəqibi 8:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri sabah Pakistan seçməsi ilə üz-üzə gələcək.
