Azərbaycan Üzgüçülük Federasiyası Ukraynadan məşqçi gətirib

Xəbərlər
9 Sentyabr 2025 15:09
54
Azərbaycan Üzgüçülük Federasiyası Ukraynadan məşqçi gətirib

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb.

İdman.biz xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Məqsəd bədii üzgüçülük növünün ölkədə inkişafı, zamanla milli komandanın formalaşdırılması və beynəlxalq yarışlarda uğurla iştirak etməsidir.

Bundan öncə Oksana Pismenna Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milli komandalarıyla çalışıb. Onun yetirmələri yeniyetmələrdən ibarət milli komandalardan əsas yığmaya keçməklə yanaşı, dəfələrlə Avropa və Dünya çempionları, eləcə də Olimipiya Oyunlarının mükafatçıları olmağı bacarıblar.

Oksana Pismenna bununla bağlı ASF-nin mətbuat xidmətinə açıqlama verib. O, dəyərli biliklərin nəsildən nəsilə ötürülməsinin çox vacib olduğunu deyib: "Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq”.

Qeyd edək ki, bədii üzgüçülük üzrə məşqlər Bakı Su İdmanı Sarayında keçiriləcək.

İdman.biz