Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in tədbirinə qatılıblar

Xəbərlər
29 Yanvar 2024 10:13
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in tədbirinə qatılıblar

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın Afina şəhərində keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.

Federasiyanın mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.

Həmçinin, digər yeniliklər və keçirilməsi plaqnlaşdırılan yarışların təşkili məsələləri ilə də fikir mübadiləsi aparılacaq.

İdman.biz