“Üzgüçülük hamı üçün” layihəsinə qeydiyyat başlayıb

Xəbərlər
23 Noyabr 2025 16:20
30
“Üzgüçülük hamı üçün” layihəsinə qeydiyyat başlayıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” yarışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, şəxsi xarakter daşıyan layihə çərçivəsində bütün ölkə üzrə 15 yaş kateqoriyasında iştirakçılar eyni zamanda öz bacarıqlarını nümayiş etdirəcəklər.

Son qeydiyyat tarixi 12 dekabr 2025-ci il olan yarış 20-21 dekabr tarixlərində baş tutacaq.

Məlumata görə, hər yaş kateqoriyasında kişilər və qadınlar arasında I və II yerləri tutan idmançılar 2026-cı ildə keçiriləcək türkdilli dövlətlər arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Layihənin məqsədi üzgüçülüyün və sağlam həyat tərzinin təbliği, yeni münasibətlərin qurulması və türk dövlətləri arasında birlik və əməkdaşlığın möhkəmləndirilməsidir.
Yarışlarda çıxışlar ASF tərəfindən verilmiş etibarlı hakimlik lisenziyasına malik referilər tərəfindən qiymətləndiriləcək.

Final mərhələsində iştirakçılar sertifikatlarla, qaliblər isə diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeydiyyat linki: https://swimming.mys.az/#form

İdman.Biz