Oqtay Atayev: “13 medal qazandıq, gələcəkdə daha yüksək nəticələr gözləyirik”

Xəbərlər
2 Oktyabr 2025 15:12
44
Oqtay Atayev: “13 medal qazandıq, gələcəkdə daha yüksək nəticələr gözləyirik”

“Azərbaycan yığması III MDB Oyunlarında uğurla çıxış edib”.

İdman.biz xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev III MDB Oyunlarında 13 medal qazanan yığmanın çıxışı barədə danışıb.

O, ümumi nəticələrdən və qazandığı medallardan razı qaldıqlarını bildirib. Baş katib qeyd edib ki, III MDB Oyunlarında kiçik yaş qruplarından üzgüçülər iştirak edir və Azərbaycan komandası ilk dəfə medal qazanaraq böyük sevinc yaşadıb. Həm təşkilatçılıq, həm də nəticələr federasiya tərəfindən qənaətbəxş qiymətləndirilib.

Baş katib əlavə edib ki, federasiyada üzgüçülər üçün yaradılan yeni şərait və göstərilən dəstək sayəsində gələcəkdə daha yüksək uğurlar əldə etmək mümkündür.

İdman.biz