Zaqatalada məktəbin idman zalı yoxdur - VİDEO

Xəbərlər
25 Oktyabr 2025 10:58
73
Zaqatalada məktəbin idman zalı yoxdur - VİDEO

Zaqatalanın Qandax kənd orta məktəbinin idman zalı olmadığından şagirdlər bədən tərbiyyəsi dərslərini ilin bütün fəsillərində açıq havada keçirmək məcburiyyətindədirlər.

İdman.Biz xəbər verir ki, müəllimlər və valideynlər bildirir ki, məsələ dəfələrlə aidiyyəti orqanların qarşısında qaldırılsa da, hələ də həllini tapmır.

Şikayətə münasibət bildirən Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qandax kənd orta məktəbinin tikintisi zamanı idman zalının inşasının nəzərdə tutulduğunu və qarşıdakı dövrdə layihənin hazırlanması üçün dəyərləndirilmənin aparılacağını bildirilib.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

İdman.Biz

Məqalədə: