Skopye-2025: Atıcılarımız Avropa rekordu ilə finalda

Xəbərlər
25 İyul 2025 15:35
104
Skopye-2025: Atıcılarımız Avropa rekordu ilə finalda

Şimali Makedoniyada keçirilən Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı yarışları davam edir.

İdman.biz xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışlarında Azərbaycanı təmsil edən Oleq Kerjankin və Leyli Əliyeva parlaq çıxışla yadda qalıblar.

Atıcılarımız 53 xalla final mərhələsinə vəsiqə qazanıblar.

Komanda bu nəticə ilə həm də Avropa rekordunu müəyyənləşdirib.

İdman.biz