Güllə və stend atıcılığı üzrə ölkə kuboku keçirilib - FOTO

Xəbərlər
12 May 2025 00:18
84
Güllə və stend atıcılığı üzrə ölkə kuboku keçirilib - FOTO

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güllə və stend atıcılığı üzrə ölkə kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilib.

Kişilər, oğlanlar, qadınlar və qızlar arasında qaliblər müəyyənləşib.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva çıxış edib. O, yarışda yüksək nəticələr göstərən qalibləri təbrik edib, eyni zamanda bu mötəbər tədbirin təşkilində əməyi olan məşqçilərə, hakimlərə, təşkilat komandasına və iştirak edən bütün idmançılara təşəkkürünü bildirib.

10m pnevmatik tapança (kişilər):
1. Ruslan Lunev
2. Hacı Musayev
3. Vladislav Kalmıkov

10m pnevmatik tapança (oğlanlar):
1. Vladislav Kalmıkov
2. İmran Qarayev
3. Hacı Musayev

10m pnevmatik tapança (qadınlar):
1. Sofiya Barxalova
2. Xanna Əliyeva
3. Zeynəb Sultanova

10m pnevmatik tapança (qızlar):
1. Sofiya Barxalova
2. Mehriban Qambayeva
3. Əminə Ömərova

Səngər stendi (kişilər):
1. Tamerlan Məmmədov
2. Mirmömin Ağazadə
3. Mürtəza Novruzlu

Səngər stendi (oğlanlar):
1. Mürtəza Novruzlu
2. Kamil Mədətov
3. Mirzə Meybullayev

İdman.biz