Bakıda keçirilən atıcılıq üzrə Assambleyada Avropa çempionatlarının ev sahibi bəlli olub

Xəbərlər
21 Oktyabr 2023 13:55
176
Bakıda keçirilən atıcılıq üzrə Assambleyada Avropa çempionatlarının ev sahibi bəlli olub

Bakıda təşkil olunan Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyasında 2026-cı və 2027-ci illərdə keçiriləcək atıcılıq üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

İdman.biz xəbər verir ki, 2026-cı ildə güllə atıcılığı üzrə qitə birinciliyi Estoniyada, stend atıcılığı yarışı Yunanıstanda reallaşacaq.

Səsvermədən sonra 2027-ci ildəki Avropa çempionatının Finlandiyada keçirilməsi qərara alınıb. Amma bu, müvəqqəti verilən qərardır. Çünki adıçəkilən ölkədə atıcılıq kompleksi hələ tam hazır deyil. 2026-cı ildə bu ölkədə yerləşən kompleksə son baxış keçirildikdən sonra yekun qərar veriləcək.

Qeyd edək ki, 2 ildən bir keçirilən Assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi ilə yanaşı, federasiyaların növbəti illərdə inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb.

Emin Ağa

İdman.biz