“Mingəçevir Reqatası-2023”: Son gündə 3 yaş qrupu üzrə qaliblər bəlli olacaq

Xəbərlər
27 Oktyabr 2023 10:14
127
“Mingəçevir Reqatası-2023”: Son gündə 3 yaş qrupu üzrə qaliblər bəlli olacaq

Bu gün “Mingəçevir Reqatası-2023” başa çatacaq.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirin son gündə idmançılar 3 yaş qrupunda mübarizə aparacaqlar.

2005-06, 2007-08, 2009-10-cu il təvəllüdlü avarçəkənlər 200, 500 və 1500 m məsafəyə yarışlarda qalibləri müəyyənləşdirəcəklər. İdmançılar 1 və 2 nəfərlik kayak qayığında güclərini sınayacaqlar.

Həmçinin 2007-08-ci il təvəllüdlü idmançılar ilk dəfə 4 nəfərlik akademik avarçəkmə qayığında nümunəvi çıxışlar nümayiş etdirəcəklər.

Qeyd edək ki, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışın hələlik Azərbaycan millisinin hesabında 5 qızıl, 5 gümüş və 5 bürünc medal var.

Emin Ağa

İdman.biz