III MDB Oyunları: Avarçəkənlərimizdən növbəti medal - YENİLƏNİB + FOTO

Xəbərlər
5 Oktyabr 2025 16:18
144
III MDB Oyunları: Avarçəkənlərimizdən növbəti medal - YENİLƏNİB + FOTO

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə Amil Ramazanov ikinci medalını qazanıb.

İdman.biz xəbər verir ki, günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.

Qeyd edək ki, daha əvvəl Amil Ramazanov kayak qayığında 500 metr, İvan Vorobyanski-Hüseyn Həsənov dueti isə 200 metr məsafədə bürünc medal əldə edib. Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsadə gümüş medala sahib olub.

12:13

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına Azərbaycan komandası medalla başlayıb.

İdman.biz xəbər verir ki, günün ilk yarışında Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman.Biz