Paris-2024 Yay Olimpiya Oyunlarında cüdoçuların fərdi mübarizəsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, Azərbaycan cüdoçuları yeni tarix yazmaqla Olimpiadanı 2 qızıl medalla bitiriblər.
Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev Fransa paytaxtında Dövlət Himnimizi səsləndiriblər.
Oyunlarda kişi cüdoçuların mübarizəsində 5 ölkənin idmançısı fəxri kürsünün ən yüksək pilləsində yer almağı bacarıblar. Azərbaycanla Yaponiya hərəyə 2, Fransa, Gürcüstan və Qazaxıstan isə 1 qızıl medal qazanmaqla buna nail olub.
Ümumilikdə, 13 ölkənin kişi cüdoçuları Paris-2024 Olimpiadasında medal sevincini yaşayıblar. Azərbaycan (2-0-0) medal sıralamada ikinci yeri tutub. Yaponiya (2-1-2) birinci olduğu halda, Fransa (1-2-1) "üçlüy"ü qapayıb.
Qeyd edək ki, bu göstərici Azərbaycan cüdo tarixində ilkdir.
Paris-2024 Olimpiadasında medal sıralaması
Yer |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Medal sayı |
1 |
Yaponiya |
2 |
1 |
2 |
5 |
2 |
AZƏRBAYCAN |
2 |
0 |
0 |
2 |
3 |
Fransa |
1 |
2 |
1 |
4 |
4 |
Gürcüstan |
1 |
2 |
0 |
3 |
5 |
Qazaxıstan |
1 |
0 |
1 |
2 |
6 |
Cənubi Koreya |
0 |
1 |
1 |
2 |
7 |
Braziliya |
0 |
1 |
0 |
1 |
8-10 |
Tacikistan |
0 |
0 |
2 |
2 |
Özbəkistan |
0 |
0 |
2 |
2 |
|
Moldova |
0 |
0 |
2 |
2 |
|
11-13 |
İspaniya |
0 |
0 |
1 |
1 |
İsrail |
0 |
0 |
1 |
1 |
|
Yunanıstan |
0 |
0 |
1 |
1 |
İdman.biz