Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında ilk medalı qazanıb.
İdman.biz xəbər verir ki, Fransa paytaxtında ilk uğurun memarı Hidayət Heydərov olub.
73 kq çəkidə çıxış edən cüdoçumuz Olimpiadanın üçüncü günündə fərqlənib. O, Mirzə Fətəli Axundov 1850-ci ildə yaratdığı Məstəli şah obrazından 174 il sonra Parisi "partladıb".
Hidayət Fransanın paytaxtı Parisdəki yarışın finalında fransalının kürəyini tatamiyə vurub. O, həm də ən erkən olimpiya medallarımızı qazanan Elnur Məmmədli və Rüstəm Orucovun şərikli rekordunu təkrarlayıb. Hər üç cüdoçu 73 kq çəkidə finala yüksəlib. Məmmədli Pekin-2008-də, Heydərov Paris-2024-də çempion olubsa, Orucov Rio-2016-da gümüşlə kifayətlənib.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bütün qələbələrini qızıl xalla əldə edib.
Vüqar Xeyrullayev
İdman.biz