Azərbaycan paralimpiyaçılarından Avropa Gənclər Paralimpiya Oyunlarında 4 medal - FOTO

Xəbərlər
25 İyul 2025 22:02
66
Azərbaycan paralimpiyaçılarından Avropa Gənclər Paralimpiya Oyunlarında 4 medal - FOTO

Türkiyənin İstanbul şəhərində Avropa Gənclər Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün 16 yaşlı parataekvondoçumuz Səmayə Həsənova (47 kq) turnirdə Azərbaycana ilk qızıl medalı qazandırıb.

Digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) da çempion adına layiq görülüb.

Bundan başqa, paracüdoçu Ömər Qurbanov (62 kq) və parataekvondoçu Ayxan Nuruyev (58 kq) bürünc medala sahib olublar.

İdman.biz