Braziliyalı skeytbordinq üzrə altıqat dünya çempionu Sandro Dias 22 mərtəbəlik tramplindən sürüşərək iki dünya rekorduna imza atıb.
İdman.biz “Red Bull” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əfsanəvi idmançı Braziliyada yerləşən 75 metr hündürlüyündəki “Centro Administrativo Fernando Ferrari” binasının kənarı boyunca quraşdırılmış tramplindən eniş edib.
Sürüşmə zamanı Dias 100 km/saatdan artıq sürət yığıb. Təhlükəsizliyi təmin etmək üçün xüsusi qoruyucu tədbirlər görülüb.
Bu nailiyyətlərin “Ginnesin Rekordlar Kitabı”na daxil ediləcəyi bildirilib.
Qeyd edək ki, 50 yaşlı Sandro Dias həmçinin nüfuzlu “X Games” yarışlarının üçqat qızıl medalçısı və dəfələrlə mükafatçısıdır.