MOK-da tərəfdaşlıq müqaviləsi imzalanacaq

Xəbərlər
4 Dekabr 2023 21:46
125
MOK-da tərəfdaşlıq müqaviləsi imzalanacaq

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanacaq.

İdman.biz xəbər verir ki, bununla bağlı sabah MOK-un inzibati binasında tədbir təşkil olunacaq.

Milli Olimpiya Komitəsinin təsis etdiyi İdman Filmləri va Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi ilə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçiriləcək.

MOK-da keçirilən mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun direktoru Mübariz Cəfərov, rəsmi qonaqlar və media nümayəndələri iştirak edəcəklər.

İdman.biz