Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
4 Dekabr 2023 17:09
280
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi regionlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, dekabrın 4-10-da bölgələrimizdə müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş gənclər arasında şahmat üzrə rayon birinciliyi – 5 dekabr, saat 10:00 (Xızı rayon, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);

- Voleybol üzrə 2007-2009-cu il təvəllüdlü oğlanlar arasında Xızı rayon birinciliyi – 5-6 dekabr, saat 10:00 (Xızı şəhər tam orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar - 6 dekabr, saat 16:00 (“Təhsil” RİM, Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM);
- İdman gimnastikası üzrə 2012-2013; 2014-cü il və daha kiçik təvəllüdlü oğlanlar arasında Sumqayıt şəhər birinciliyi – 7 dekabr, saat 10:00 (Paralimpiya İdman Kompleksi);
- "Sağlam həyat” layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar – 8 dekabr, saat 16:00 (Abşeron rayonu, Xırdalan şəhəri).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Ölkə və beynəlxalq yarışlarda yüksək nəticə əldə etmiş region idmançıları və onların məşqçiləri ilə görüş - 4 dekabr, saat 10:00 (Ağsu rayonu, Heydər Əliyev Mərkəzi);
- Ümummilli lider H.Əliyevin xatiəsinə həsr olunmuş futbol üzrə rayon turniri - 4-7 dekabr, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- “12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi - 5-6 dekabr, saat 10:00 (İsmayıllı rayon UGİŞM);
- "Taekvondo hamı üçün" devizi altında master-klas - 6 dekabr, saat 15:00 (Ağsu şəhər 3 saylı tam orta məktəb);
- "Heydər Əliyev İli"nə həsr olunmuş taekvondo üzrə master-klas - 7 dekabr, saat 14:30 (Şamaxı Olimpiya Mərkəzi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Aykido üzrə ustad dərsləri - 4 dekabr, saat 18:00 (Azərbaycan Aykido Federasiyasının Gəncə regional bölməsi);
- "Heydər Əliyev İli"nə həsr olunmuş voleybol üzrə təşkilatlar arasında rayon birinciliyi - 4-10 dekabr, saat 16:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi ilə çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar - 5 dekabr, saat 15:00 (Naftalan idman klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 6 dekabr, saat 11:30 (Goranboy rayonu, Dəliməmmədli şəhəri);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 6 dekabr, saat 17:00 (Gəncə İdman Liseyi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 6 dekabr, saat 17:00 (Gəncə şəhəri, Poçt qəsəbəsi, güləş zalı);
- Şəhid H.Nəsibovun xatirəsinə həsr olunmuş cüdo üzrə açıq Goranboy rayon birinciliyi - 9-10 dekabr, saat 9:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə açıq rayon birinciliyi - 10 dekabr, saat 10:00 (Gəncə Olimpiya İdman Kompleksi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "Heydər Əliyev ili”nə həsr olunmuş cüdo üzrə məktəblilər arasında birincilik - 4 dekabr, saat 12:00 (Ağstafa rayonu, Cüdo kompleksi);
- Yeniyetmə və gənclər arasında üzgüçülük üzrə nümunəvi çıxışlar - 8 dekabr, saat 15:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Ağırlıqqaldırma hamı üçün” idman tədbiri - 8 dekabr, saat 15:00 (Gədəbəy rayon idman klubu).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” nümunəvi çıxışlar - 4 dekabr, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində dama üzrə təlim məşqləri - 6 dekabr, saat 11:00 (Qusar rayonu, 3 saylı tam orta məktəb);
- "Sağlam həyat" layihəsi çərçivəsində "Açıq qapı" günü kütləvi idman tədbiri - 6 dekabr, saat 16:00 (Siyəzən fitnes klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Voleybol hamı üçün" kütləvi idman tədbiri - 7 dekabr, saat 10:00 (Şabran şəhər 4 nömrəli tam orta məktəb);
- "Heydər Əliyev İli" çərçivəsində məktəblilər arasında atletika üzrə Xaçmaz rayon birinciliyi - 8 dekabr, saat 10:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə məktəbli qızlar arasında yoldaşlıq görüşü - 10 dekabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Mil-Muğan regionuna daxil olan rayonlar arasında üzgüçülük üzrə region birinciliyi - 5-6 dekabr, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- Şahmat üzrə rayon birinciliyi - 6 dekabr, saat 10:00 (İmişli rayonu, Şahmat məktəbi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 7 dekabr, saat 16:00 (Sabirabad rayonu, Dəmir yumruq idman klubu).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyi - 20 noyabr - 12 dekabr, saat 15:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həvəskar veteranlar arasında voleybol üzrə yoldaşlıq görüşü - 5 dekabr, saat 16:00 (Zaqatala rayonu, R.Şabanov adına 3 saylı tam orta məktəb);
- Həvəskarlar arasında voleybol üzrə rayon birinciliyi - 6-10 dekabr, saat 11:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Taekvondo üzrə yeniyetmələr arasında nümunəvi çıxışlar - 6 dekabr, saat 10:00 (Şəki Olimpiya İdman Kompleksi);
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon birinciliyi - 9 dekabr, saat 11:00 (Balakən rayonu, Qabaqçöl qəsəbə kənd orta məktəbi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- İdarə, müəssisə və təşkilatların əməkdaşları arasında nərd üzrə rayon birinciliyi - 8-9 dekabr, saat 10:00 (Kəlbəcər rayonu, Gəncə şəhəri, 11 nömrəli tam orta məktəb);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi - 8-11 dekabr, saat 10:00 (Laçın rayonu, Ağcabədi rayonu, Taxta Körpü qəsəbə tam orta məktəbi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “Heydər Əliyev İli” çərçivəsində ağır atletika üzrə Neftçala rayon birinciliyi – 4-5 dekabr, saat 10:00 (Neftçala rayonu, Xolqarabucaq kənd ağır atletika idman zalı);
- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal üzrə ümumtəhsil şəhər məktəbləri arasında şəhər birinciliyi – 5-6 dekabr, saat 11:00 (Salyan rayonu, 9 saylı tam orta məktəb);
- 2007-2008-ci il təvəllüdlü məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi - 8-18 dekabr, saat 10:00 (Biləsuvar Olimpiya İdman Kompleksi);
- Ümummilli lider Heydər Əliyevin xatirəsinə olunmuş kikboksinq üzrə yeniyetmə və gənclər arasında keçirilən birincilik - 9 dekabr, saat 10:00 (Salyan rayonu, Kikboksinq idman klubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində həndbol üzrə ustad dərsi - 9 dekabr, saat 11:00 (Hacıqabul rayonu, 2 nömrəli tam orta məktəb).