Corciya ştatında yarış zamanı avtomobil tribunaya çırpılıb – VİDEO

Xəbərlər
8 İyul 2025 11:51
46
Corciya ştatında yarış zamanı avtomobil tribunaya çırpılıb – VİDEO

ABŞ-nin Corciya ştatında "Senoia Raceway" trasında keçirilən yarış zamanı baş verən ağır qəza nəticəsində üç azarkeş xəsarət alıb.

İdman.biz xəbər verir ki, yarış davam edərkən pilotlardan biri idarəetməni itirib və avtomobil baryeri aşaraq tribunalara çırpılıb.

Sosial şəbəkələrdə yayılan videoda yarış maşınının döngədə hasarı dağıtdığı və tamaşaçılara çırpıldığı görünür. Daha sonra avtomobil geri sıçrayaraq trasın üzərinə qayıdır.

İdman.biz